səhifələr

1. əl-Fatihə "Kitabı açan" surəsi

1. əl-Fatihə
"Kitabı açan" surəsi, 7 ayə,
Məkkədə nazil olub.          

1 - Mərhəmətli və Rəhmli Allahın adı ilə!
2 - Həmd olsun aləmlərin Rəbbi Allaha,
3 - Mərhəmətli və Rəhmliyə,
4 - Haqq-hesab gününün Hökmdarına!
5 - Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6 - Bizi doğru yola yönəlt –
7 - nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!

http://imanisaytlar.com/