səhifələr

102. ət-Təkasur, "Çoxluğa hərislik" surəsi

102. ət-Təkasur
"Çoxluğa hərislik" surəsi, 8 ayə,
Məkkədə nazil olub.

1-Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
2-(gömülməklə) qəbirləri ziyarət etdiniz.
3-Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz!
4-Bir də yox! Siz (aqibətinizi) tezliklə biləcəksiniz!
5-Xeyr! Kaş ki, yəqin biləydiniz.
6-Siz Cəhənnəmi mütləq görəcəksiniz!
7-Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!
8-Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.