səhifələr

104. əl-Huməzə, "Tənə edən" surəsi

104. əl-Huməzə
"Tənə edən" surəsi, 9 ayə,
Məkkədə nazil olub.

1-Hər bir qeybət edənin, tənə vuranın vay halına!
2-O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır
3-və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
4-Xeyr! O, mütləq Hütəməyə atılacaqdır.
5-Sən haradan biləsən ki, Hütəmə nədir?
6-(Bu,) Allahın qaladığı Oddur.
7-(O Od) ki, (qalxıb) ürəklərə çatacaq.
8-Həqiqətən, o (Od) onların üzərində qapanacaqdır.
9-(Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar).