səhifələr

105. əl-Fil, "Fil" surəsi

105. əl-Fil
"Fil" surəsi, 5 ayə,
Məkkədə nazil olub.

1-Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?
2-Məgər (Rəbbin) onların hiyləsini dolaşığa salmadımı?
3-Onların üzərinə qatar-qatar quşlar göndərdi.
4-(O quşlar ki,) onların üstünə (odda bişmiş) bərk gildən daşlar yağdırdı.
5-(Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi.