səhifələr

107. əl-Maun, "Xırda-xuruş" surəsi

107. əl-Maun
"Xırda-xuruş" surəsi, 7 ayə,
Məkkədə nazil olub.

1-Dini yalan sayan o kimsəni gördünmü?
2-O elə adamdır ki, yetimi qovar
3-və (heç kəsi) kasıba əl tutmağa sövq etməz.
4-Vay halına namaz qılanların –
5-o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar.
6-Onlar riyakardırlar
7-və az bir şey verməkdən belə imtina edirlər.