səhifələr

111. əl-Məsəd, "Xurma lifi" surəsi

111. əl-Məsəd
"Xurma lifi" surəsi, 5 ayə,
  Məkkədə nazil olub.

1-Əbu Ləhəbin əlləri qurusun, qurudu da!
2-Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək.
3-O, alovlanan oda atılacaqdır.
4-Onun odun şələsi daşıyan arvadı da.
5-Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır.