səhifələr

82. əl-İnfitar, "Parçalanma" surəsi

82. əl-İnfitar
"Parçalanma" surəsi, 19 ayə,
Məkkədə nazil olub.

1 - Göy parçalanacağı zaman,
2 - ulduzlar səpələnəcəyi zaman,
3 - dənizlər daşıb bir-birinə qarışacağı zaman,
4 - qəbirlər çevriləcəyi zaman,
5 - hər kəs əvvəlcədən (özü üçün) nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.
6 - Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?
7 - O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.
8 - Səni istədiyi şəklə saldı.
9 - Xeyr! Əksinə, siz (Qiyaməti) yalan hesab edirsiniz!
10 - Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –
11 - çox möhtərəm, (əməllərinizi) yazanlar.
12 - Onlar sizin nə etdiklərinizi bilirlər.
13 - Həqiqətən, itaətkarlar nemət içində olacaqlar.
14 - Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar.
15 - Onlar ora Haqq-hesab günü girəcəklər.
16 - Onlar əsla ondan yayına bilməyəcəklər.
17 - Sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
18 - Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
19 - O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!