səhifələr

91. əş-Şəms, "Günəş" surəsi


91. əş-Şəms
"Günəş" surəsi, 15 ayə,
Məkkədə nazil olub.

1 - And olsun günəşə və onun saçdığı şəfəqə!
2 - And olsun ondan sonra zühur edən aya!
3 - And olsun (günəşi) açıqlığa çıxardan gündüzə!
4 - And olsun (günəşi )bürüyən gecəyə!
5 - And olsun göyə və onu qurana!6 - And olsun yerə və onu döşəyənə!
7 - And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
8 - ona günahları və (Allahdan) qorxmağı təlqin edənə!
9 - Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır.
10 - Onu (günaha) batıran isə ziyana uğramışdır.
11 - Səmud (qövmü) öz azğınlığı üzündən (Allahın elçisini) təkzib etdi.
12 - Onların ən bədbəxti (dəvəni kəsməyə) qalxdıqda
13 - Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə (toxunmayın) və onun su içməsinə (mane olmayın)!”
14 - Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.
15 - (Allah) (günahkarlara etdiyinin )nəticəsindən çəkinməz!