səhifələr

93. əd-Duha, "Səhər" surəsi


93. əd-Duha
"Səhər" surəsi, 11 ayə,
Məkkədə nazil olub.          

1 - And olsun səhərə!
2 - And olsun sakitləşən gecəyə!
3 - Rəbbin nə səni tərk etmişdi, nə də (sənə) acığı tutmuşdu.
4 - Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
5 - Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan.6 - Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
7 - Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
8 - Kasıb olduğun zaman səni varlandırmadımı?
9 - Elə isə yetimə xor baxma!
10 - Səndən (kömək) diləyəni qovma!
11 - Və Rəbbinin nemətindən danış.