səhifələr

95. ət-Tin, "Əncir" surəsi

95. ət-Tin
"Əncir" surəsi, 8 ayə,
Məkkədə nazil olub.

1-And olsun əncirə və zeytuna!
2-And olsun Sinay dağına!
3-And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!
4-Biz insanı ən gözəl surətdə yaratdıq!
5-Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq.
6-İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.
7-Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?
8-Məgər Allah hakimlərin ən üstünü deyilmi?