səhifələr

99. əz-Zəlzələ, "Zəlzələ" surəsi

99. əz-Zəlzələ
"Zəlzələ" surəsi, 8 ayə,
Məkkədə nazil olub.

1-Yer titrəyib lərzəyə gələcəyi zaman;
2-Yer öz yükünü bayıra atacağı
3-və insan: “Ona nə olub?”– deyəcəyi zaman –
4-həmin gün yer öz əhvalatlarını danışacaqdır.
5-Çünki Rəbbin ona vəhy edəcəkdir.
6-O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.
7-Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır.
8-Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır.